Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" bizdən təcrübəlidir, amma..." - "Partizani"nin prezidenti

Tarix: 20 Iyun 2019 13:20

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani"nin prezidenti Qazmend Demi püşkü dəyərləndirib.

Qol.az xəbər verir ki, albaniyalı iş adamı yerli "Report" telekanalına müsahibəsində Ağdam klubunun avrokuboklarda kifayət qədər təcrübəsi olduğunu bildirib:

"Qarabağ" bizdən daha təcrübəli komandadır. Yaxşı heyəti var. Uzun illərdir Azərbaycan çempionu olurlar. Hətta Çempionlar Liqasının qrup mərhələsində də çıxış ediblər".

Q. Demi "Qarabağ"ın güclü rəqib olduğunu etsə də, komandasına inandığını söyləyib: "Püşkdə bizə düşməsini arzuladığım xüsusi bir klub yox idi. Çünki istənilən rəqiblər meydanda 11-11-ə oynayacağıq. Öz komandama, işçilərimə, direktorlarımıza inanıram. Bir neçə mövqeni gücləndirməklə, işin öhdəsindən gələ bilərik".

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

 


Etiketlər:  Qarabağ bizdən təcrübəlidir amma Partizaninin prezidenti


RƏYLƏR