Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MN: Ermənistan hakimiyyəti ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir

MN: Ermənistan hakimiyyəti ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir

Tarix: 20 Iyun 2019 13:26

Bakı. Samir Əli - Trend:

Aprel döyüşləri zamanı Ermənistan ordusunda vəziyyətin aclnacaqlı olmasının bir daha şahidi olduq.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin şöbə müdiri Rauf Dəmirov deyib.

O bildirib ki, Aprel döyüşlərində bir daha onların biabırçı vəziyyətdə olduqları bilindi: "Aprel döyüşlərində həlak olan erməni əsgərlərini onlara təhvil verəndə meyiti sürüyə-sürüyə aparırdılar. Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfindən döyüşən əsgər idi. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda meyitlər qarşı tərəfdən təhvil alınarkən hərbi təzimlə çiyin bərabərində qaldırılaraq sıra adddımı ilə maşına tərəf aparıldı. Bu isə ermənilərdə böyük şok yaratdı".

R.Dəmirov deyib ki, Ermənistan hakimiyyəti ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir: "Son zamanlar atəşkəs daha tez-tez pozulur, Azərbaycan ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki, Azərbaycan Ordusu istər silah baxımından, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir".


Etiketlər:  MN Ermənistan hakimiyyəti ölkədə olan xaosu ört basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ