Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 12:06
Əgər bir ehtimal varsa, sabahla bağlı heç vaxt "heç vaxt" demə.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazi deyib.
Ölkəsi İtaliya mətbuatına müsahibə verən 64 yaşlı mütəxəssis yığmamızda işinə başlamağı səbərsizliklə gözlədiyini söyləyib: "Bəlkə gələcəkdə texniki direktor kimi çalışa bilərəm. Komandada da yaxşı bir baş məşqçi olar və çətin anlarda ona kömək edə bilərəm. Ancaq indi bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm. Yenidən baş məşqçi kimi fəaliyyət göstərəcəyəm və başlamaq üçün səbirsizlənirəm. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim".
Qeyd edək ki, Canni de Byazi AFFA ilə il yarımlıq müqavilə imzalayıb.