Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan filmi ''Горький fest'' festivalında mükafat alıb

Azərbaycan filmi ''Горький fest'' festivalında mükafat alıb

Tarix: 24 Iyul 2020 15:42

"Narimanfilm" kinostudiyasının istehsalı olan "Fəridə" tammetrajlı bədii filmi dördüncü "Горький fest" festivalında ən yaxşı rejissor nominasiyasında mükafata layiq görülüb. Festival 17-23 iyul 2020 il tarixlərində Nijniy Novqorod şəhərində baş tutub. Festivalın prezidenti aktyor Mixail Poreçenkovdur. Bu il professional jürinin tərkibinə "Kinopraym" fondunun rəhbəri Anton Malışev, ssenarist, rejisser, müğənni Anastasiya Palçikova, aktyor, prodüser  Yeqor Koreşkov və kinorejisser, ssenarist İvan Tverdovskiy daxil olublar.

"Narimanfilm" kinostudiyası "Fəridə" tammetrajlı bədii filmini Sankt-Peterburq Yeni Kino Məktəbi ilə birlikdə istehsal edib. Filmin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur. Baş qəhrəman rolunu gənc aktrisa Məryəm İbrahimova ifa edir. Digər rollarda Abdukərim Nasirov, Dilya Ulaşeva və başqaları çəkiliblər.

Film Azərbaycanın Xınalıq kəndindən Sankt-Peterburqa gələn Fəridədən bəhs edir. Gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır. O, Muradın harada olduğu haqqında tam xəbərsizdir. Böyük şəhər Fəridəni bir çox insanlarla qarşı-qarşıya qoyur və onun bütün həyatını alt-üst edir.
Film dram janrında çəkilib. Bütün çəkilişlər Sankt-Peterburq şəhərində aparılıb. 


Etiketlər:  Azərbaycan filmi Горький fest festivalında mükafat alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ