Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA daha 76 obyektdə kobud pozuntular aşkarladı

AQTA daha 76 obyektdə kobud pozuntular aşkarladı

Tarix: 24 Iyul 2020 16:58

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan Sonxeber.net-a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən 23 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 50 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 229 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Endi", "Anar", "Seyid", "Davud", "Delfin" marketlər, Musayev İlham Qəzənfər oğluna, Abbasova İlhamə Cavanşir qızına, Nəsirov Vidadi Fəsi oğluna, Əhmədov İlqar Qiyas oğluna, Həsənov Eldar Abbas oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonunda "Sədəf", "Tatlı" və "Mircəlal" marketlər

Qusar rayonunda Döyüşov Mirzə Bulyamin oğluna, Sərkərova Nurcahan Şıxmət qızına, Ağakərimov Təklif Narulla oğluna, Ağamirzəyeva Natavan Nadir qızına, Əliyev Ruslan Balabəy oğluna, Şıxmətova Ofelya Mövluddin qızına və Verdixanov Mübariz Eygün oğluna məxsus kafelər

Ağsu rayonunda Müslümzadə Cəlal Alxas oğluna məxsus ərzaq mağazası

Göyçay rayonunda Vəliyev Əkrəm Sabir oğluna, Nəbiyev Kənan Allahverən oğluna, Yaqubov Şahin Ənvər oğluna, Həmidov Qurban Elsevər oğluna, Mikayılov Mikayıl Elçin oğluna məxsus ərzaq mağazaları, Abdulrahmanov Famil Vaqif oğluna, Kərimov Qalib Saab oğluna məxsus yeməkxanalar

İsmayıllı rayonunda "İvanovka", "Sərin" kafelər, Ələsgərov Pirmət Əfsər oğluna məxsus ərzaq mağazası, "İvanovka" market

Kürdəmir rayonunda "Qızılgül", "Elmar", "Hikmət", "Şah" kafelər, "Bakı" restoranı, "Fikrət" və "Samir" marketlər

Salyan rayonunda "Hacıoğlu katering" MMC-yə məxsus restoran, Məmmədov Samir Balakişi oğluna məxsus ərzaq mağazası

Mingəçevir şəhərində "Bəhmənli", "Sok", "Fərid", "Qafqaz" marketlər, Əliyev Elşan Şirin oğluna, Mustafayev Rəşad Vaqif oğluna, Əliyeva Vəfa Cəlal qızına məxsus ərzaq mağazaları, Həsənov Telman Hüseyn oğluna məxsus şərab evi

Qəbələ rayonunda "Sahib" market

Zaqatala rayonunda Qurbanov Alim Elmin oğluna məxsus ət satışı mağazası, Murtuyev Sabir Qurban oğluna məxsus kafe

Oğuz rayonunda Abbasov Fariz Abdulhəmid oğluna məxsus ərzaq mağazası

Yardımlı rayonunda Quluzadə Məftun Qulu oğluna və Babayev Adil Əlövsət oğluna məxsus kafelər

Lənkəran şəhərində Bəşirov Ruslan Baba oğluna, Ağayev Ədalət Rəsul oğluna məxsus kafelər

Cəlilabad rayonunda Əmirov Xalid Saroğlan oğluna məxsus kafe

Gəncə şəhərində "Seymur", "Cavid", "Röya", "Gəncəm", "Promat" MMC-yə məxsus marketlər, Qurbanov Sərxan Elvin oğluna məxsus ərzaq mağazası

Qazax rayonunda "Damcılı", "Günəş", "İstanbul" kafelər, "Sərfəli", "Əsədoğlu", "Göyçə", "Samur" ərzaq mağazaları

Ağstafa rayonunda "Sərinlik" kafe

Şəmkir rayonunda Namazov Malik Nəbi oğluna və Məmmədov Eldəniz Müsəllim oğluna məxsus ət satışı mağazaları

Ucar rayonunda Əhmədov Adil Abı oğluna və Həmidov Məhəmmədli Həsən oğluna məxsus ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Etiketlər:  AQTA daha obyektdə kobud pozuntular aşkarladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ