Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?”

“Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?”

Tarix: 24 Iyul 2020 19:15

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev xaricdə yaşayan soydaşlarımıza erməni təxribatına uymamaqla bağlı çağırış edib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, V. Quliyev sosial şəbəkə hesabında qeyd edib ki, srağagün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb: 

"Çox güman ki, öz əməlləridir. Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır.

Sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər. Və bu fonda Los-Ancelos, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər.

Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də erməni vəhşiliyini gördü.

Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin. Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz? Ayıq olun! Bizim "Qana qan!" şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!"


Etiketlər:  Sumqayıtı Qriqoryanı unutdunuz


RƏYLƏR