Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 08:57
Boliviyanın qərbində gecə saatlarında şəhərlərarası mikroavtobusla yük maşınının toqquşması nəticəsində ən az doqquz nəfər ölüb, üç nəfər yaralanıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Fides" radiostansiyası xəbər yayıb.
Nəqliyyat idarəsinin başçısı Volter Miranda bildirir ki, qəzaya görə məsuliyyət yük maşınının sürücüsünün üzərinə düşür.
İlkin məlumatlara görə avtobusun yalnız bir farası işlədikdən yük maşınının sürücüsü toqquşduğu nəqliyyat vasitəsini motosikletlə qarışdırıb.
Yaralananlar La-Pas şəhərindəki xəstəxanaya çatdırılıb.