Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 15:50
PSJ-nin futbolçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.
Qol.az xəbər verir ki, ötən gün Fransa kubokunun finalında "Sent-Etyen"lə matçda (1:0) zədələnən 21 yaşlı hücumçu bu gün tibbi müayinədən keçib. Ona ayaq biləyində ciddi boşalma aşkarlanıb. Lakin futbolçunun ayağında heç bir qırıq yoxdur.
PSJ Mbappenin avqustun 12-də Çempionlar Liqasının 1/4 finalında "Atalanta"ya qarşı keçirəcəkləri görüşdə iştirak edə bilməməsindən narahatdır.