Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keynlə bağlı qərar verildi

Keynlə bağlı qərar verildi

Tarix: 25 Iyul 2020 19:44

"Tottenhem"in futbolçusu Harri Keynlə bağlı qərarını verib.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, klub koronavirus səbəbindən üzləşdiyi maliyyə çətinliklərinə baxmayaraq, ingilis hücumçunu satmayacaq.

London təmsilçisinin baş məşqçisi Joze Mourinyonun yayda 26 yaşlı futbolçu və bir sıra digər əsas oyunçuları komandadan göndərmək fikri olmadığı vurğulanıb.

Qeyd edək ki, Keyn bu mövsüm "Tottenhem"də 33 oyunda 23 qol vurub, 2 qolun ötürməsini verib.

 


Etiketlər:  Keynlə bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ