Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 19:08
Google Android əməliyyat sistemi ilə işləyən smartfonların texniki parametrlərinə verilən tələbləri sərtləşdirməyi düşünür.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yaxın zamanda zəif texniki göstəricilərə sahib smartfonlar yalnız Android Go-nu əldə edə biləcəklər. Bəzi smartfonlar isə ümumiyyətlə Google servislərindən yararlana bilməyəcəklər.
Yeni tələblərə görə, Android 10 və 11 əməliyyat sistemlərindən yararlanan, RAM göstəriciləri 2 GB və ondan aşağı olan smartfonlar Android-in Go versiyasını quraşdırmaq məcburiyyətində qalacaqlar. Həmin əməliyyat sistemlərini isə 3 GB və daha çox RAM-a sahib smartfonlar istifadə edəcəklər. Google servislərinin quraşdırılması üçün nəzərdə tutulmuş minimum RAM göstəricisi isə 512 MB olacaq.