Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 12:28
“Real”ın sabiq baş məşqçisi Fabio Kapello Madrid klubunun futbolçusu Eden Hazardın çıxışı barədə danışıb.
Qol.az xəbər verir ki, italiyalı mütəxəssis “Marca”ya açıqlamasında Hazardın “Real”da təzyiq altında olduğunu, buna görə də istənilən oyunu sərgiləyə bilmədiyini deyib:
“Əlbəttə, Hazardın çıxışından məyusam. "Real" da "Çelsi"dəki kimi oynamır. Eden uzun müddət zədəli oldu, komandaya uyğunlaşa bilmədi. Mən onu həmişə əla oyunçu hesab etmişəm, amma "Real"ın forması Hazardı sıxır. Buna görə oyunları uğursuz oldu. Əlbəttə ki, növbəti mövsüm daha yaxşı oynayacaq”.
Qeyd edək ki, 2019-cu ilin yayında “Çelsi”dən 115 milyon avroya “Real”a keçən belçikalı yarımmüdafiəçi La Liqada 16 oyuna 1 qol vurub və 3 qol ötürməsi verib.