Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda muzeyləri ziyarət edənlərin sayı artıb

Azərbaycanda muzeyləri ziyarət edənlərin sayı artıb

Tarix: 27 Iyul 2020 16:36

Azərbaycanda muzeyləri ziyarət edənlərin sayı artıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, 2020-ci ilin əvvəlinə olan göstəricilərə əsasən, ziyarətçilərin sayı 3 milyon 343 min nəfər nəfər olub.

2019-cu ilin əvvəlinə olan məlumata görə, ölkədə muzeylərə gələnlərin sayı bir il ərzində 3 milyon 171 min nəfər, 2018-ci ilin əvvəlində 3 milyon 3 min, 2017-ci ilin əvvəlində 2 milyon 698 min nəfər olub.

Hazırda Azərbaycanda 239 muzey var ki, onların 76-sı tarix, 42-si memorial, 68-i diyarşünaslıq, 41-i sənətşünaslıq muzeyi, 12-si digər muzeylərdir.

Azərbaycanda ilk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb.


Etiketlər:  Azərbaycanda muzeyləri ziyarət edənlərin sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ