Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 18:12
Dörd gün əvvəl Kiyev “Dinamo”suna baş məşqçi təyin edilən Mirça Luçesku komandadan ayrılmaq qərarına gəlib.
Qol.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rumıniyalı mütəxəssis özü deyib.
75 yaşlı mütəxəssis “Dinamo” azarkeşlərinin ona düşmən münasibəti göstərdiyi üçün bu qərarı verdiyini bildirib: "Belə anlarda klubun çox ehtiyac duyduğu azarkeşlərin dəstəyi olmadan, düşmən münasibəti bəslənən yerdə işləmək mümkün deyil. Bir neçə il əvvəl yaşadığımız rəqabətə qayıtmaq istədim. Tribunadakı azarkeşlərin sevinməsini istədim. Ukrayna buna layiqdir. Lakin mən azarkeşlərin öz klublarına qarşı bu münasibətini qəbul edə bilmərəm”.
Qeyd edək ki, Luçesku daha əvvəl Ukraynada 12 il ( 2004-2016) “Dinamo”nun əzəli rəqibi olan Donetsk "Şaxtyor"unun baş məşqçisi olub.