Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 01:32
Bakı. Trend:
Türkiyə müdafiə naziri Hulusi Akar və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi tərəfindən bildirilib.
Söhbət zamanı tərəflər Əfqanıstan və digər regional təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmin məsələlər iyunun 26-da Brüsseldə ikitərəfli görüş zamanı ətraflı müzakirə olunacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin