Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 18:40
Azərbaycanın bütün regional inkişaf səylərinə baxmayaraq, Ermənistanın təzavüzkar siyasəti bölgədəki iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi maneələr yaradır və iqtisadi potensialın tam reallaşdırılmasını məhdudlaşdırır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının 5-ci İllik Toplantısında bildirib.
Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu qeyd edən İqtisadiyyat naziri ölkəmizin müasir infrastruktur yaratmaqla beynəlxalq nəqliyyat qovşağına çevrildiyini, Asiya və Avropanı birləşdirən ən qısa nəqliyyat yolu olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Limanının region ölkələri arasında əməkdaşlığın genişləndirilməsində rolunu diqqətə çatdırıb.
Mikayıl Cabbarov Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20%-nin son üç onillikdə Ermənistanın işğalı altında olmasını, 1 milyon əhalinin qaçqın və məcburi köçkünə çevrildiyini, iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində deyil, Azərbaycanın iki dövlət arasındakı sərhəddə yerləşən mövqelərinə artilleriya silahlarından atəş açaraq hərbçi və mülki şəxsləri öldürməsini və yaralamasını, Ermənistanın təxribatının məqsədyönlü şəkildə münaqişə ətrafında vəziyyəti gərginləşdirdiyini, qonşu ölkənin işğalçılıq siyasətinin bölgədəki meqa enerji və nəqliyyat layihələrini ciddi risk altına aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.