Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 23:06
650 minə yaxın insanın ölümünə səbəb olan koronavirusun daha bir nadir əlaməti aşkar edildi.
Sonxeber.net med.az-a istinadən bildirir ki, bunu Melburndakı Kral xəstəxanasının tibb bacısı Emili Morris əlaməti öz üzərində müşahidə edib.
O xəstəxananın təcili tibbi yardım şöbəsində çalışır və müntəzəm olaraq COVİD-19 xəstələri ilə kontaktda olur. Bir müddət öncə o ətraflarında yorğunluq əlamətləri hiss edib. Əvvəlcə bunun işin çoxluğu, ayaq üstə çox zaman keçirməsi ilə bağlı olduğunu düşünüb. Lakin tibb bacısının COVİD-19 testi pozitiv çıxıb.
Xatırladaq ki, bu zamana kimi koronavirusun 11 əlaməti aşkar edilib. Bunların arasında ən əsası qızdırma, öskürək, halsızlıq, əzələ ağrıları, ishal və s. var.