Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür

Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür

Tarix: 29 Iyul 2020 09:44

Azərbaycanın meyvə və tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan 327 min ton meyvə və tərəvəz ixrac edib.

B.Quliyev bildirib ki, Azərbaycanın meyvə-tərəvəz ixracının əsasını pomidor, fındıq və alma təşkil edib:

"2020-ci ilin əvvəlindən Azərbaycan 328 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib. Pomidor ixracından gəlirlər 162 milyon dollar, alma ixracından isə 21,499 milyon dollar təşkil edib".

Assosiasiya rəhbəri bildirib ki, Azərbaycandan məhsul ixracı dayanmasa da, müvəqqəti olaraq azalıb. Onun sözlərinə görə, azalma ilk növbədə fermerlərə sərf etmir, çünki onlar itkilərlə üzləşir:

"Azərbaycandan meyvə və tərəvəzin əsas idxalçıları Rusiya və Belarusdur".


Etiketlər:  Azərbaycanın meyvə tərəvəz ixracının faizi Rusiya bazarının payına düşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ