Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yanardağ”da xarici turistlər üçün qoruğa giriş haqqı 9 manat olacaq

“Yanardağ”da xarici turistlər üçün qoruğa giriş haqqı 9 manat olacaq

Tarix: 21 Iyun 2019 09:54

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqust ayının 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 manat olacaq.

Agentlikdən Trend-ə verilən məlumata görə, qiymət artımı yerli turistlərə şamil olunmur. Yerli ziyarətçilər üçün bu qiymət 2 manat, tələbə biletini təqdim etməklə tələbələr üçün 1 manat təşkil edir. 18 yaşınadək uşaqlar, milli qəhrəmanlar, müharibə veteranları, I və II qrup əlillər üçün qoruğa giriş ödənişsizdir.

Bundan əlavə, “Yanardağ” və “Atəşgah məbədi" qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 manatlıq biletlər, həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur.

Xarici turistlər üçün paket olaraq turlar təşkil edən turizm agentlikləri özləri haqqında məlumatı (ad, soyad, VÖEN, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) və 1 iyul tarixinə kimi turizm xidmətlərinin göstərilməsinə dair rəsmi olaraq bağlanılmış qüvvədə olan müqavilələrini 20 iyul 2019-cu il tarixinədək [email protected] email ünvanına göndərməklə qeydiyyatdan keçə və bununla da cari ilin sonunadək əvvəlki qiymətlərlə bilet əldə edə bilərlər.

Qeyd olunan şərtlər yalnız göstərilən tarixə qədər (20 iyul 2019-cu il) qeydiyyatdan keçən şirkətlərə şamil olunacaq.

Turistlərin rahatlığı üçün qoruğa giriş biletləri bilet satışı ofisi ilə yanaşı, www.iticket.az və qoruğun rəsmi veb saytından (www.yanardag.az) onlayn əldə edilə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yanardağda xarici turistlər üçün qoruğa giriş haqqı manat olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ