Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 19:24
Bakı. Trend:
ABŞ Almaniyadakı hərbi kontingentini 12 min nəfər azaldacaq.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Mark Esper bildirib.
Onun sözlərinə görə, Almaniyadan 12 min hərbçidən 5 600 nəfəri digər NATO ölkələrinə köçürüləcək, 6 400 min nəfəri isə ABŞ-a qayıdacaq.
Bununla Almaniya ərazisində ABŞ hərbçilərinin sayı 36 mindən 24 minədək azaldılacaq.
M.Esper gələcəkdə Polşa və Baltikyanı ölkələrdə qoşunların yerləşdirilməsi məsələsini istisna etməyib.