Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb

Tarix: 30 Iyul 2020 09:16

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8,84 faiz artaraq 20,487 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyun ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin iyunu ilə müqayisədə 100,6 faiz artıb və 3,949 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq 6,987 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,8 faizini təşkil edib.

Son 12 ay ərzində (iyun 2019 - iyun 2020) Türkiyə 15,962 milyard dollar məbləğində hazır geyim ixrac edib.


Etiketlər:  Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ