Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meliorasiya və Su Təsərrüfatı: Suvarma probleminin həlli üçün kiçik sututarların yaradılması qarşıya qoyulan məqsədlərdəndir

Meliorasiya və Su Təsərrüfatı: Suvarma probleminin həlli üçün kiçik sututarların yaradılması qarşıya qoyulan məqsədlərdəndir

Tarix: 30 Iyul 2020 11:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Suvarma probleminin həll edilməsi üçün kiçik sututarların yaradılması qarşıya qoyulan məqsədlərdəndir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, su anbarlarından fərqli olaraq, kiçik sututarlar daha qısa zaman ərzində və daha az maliyyə vəsaiti ilə yaradılır:

"Suyun bol olduğu dövrdə həmin sututarlara su toplanılır və su qıtlığı yaranan zaman həmin mənbələrdən istifadə edilir: “Ölkə üzrə 135 sututar və su anbarı var. İndiyədək bir çox sututarlar tikilib. Onların bəziləri əsaslı təmir edilib. Məsələn, Masallıda 32, Şamaxıda 8 sututarı təmir edilir. Sututarları sayı nə qədər çox olarsa, bizim su ehtiyatımız və balansımız bir o qədər çox olar”.


Etiketlər:  Meliorasiya Təsərrüfatı Suvarma probleminin həlli üçün kiçik sututarların yaradılması qarşıya qoyulan məqsədlərdəndir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ