Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PlayStation 5 satışı ilə bağlı heyrətamiz təxminlər

PlayStation 5 satışı ilə bağlı heyrətamiz təxminlər

Tarix: 30 Iyul 2020 21:12

Əksər mütəxəssislər PlayStation 5 ilə Microsoft istehsalı olan Xbox Series X-in gərgin rəqabətdə olacağını, bunun nəticəsində cihazlardan birinin bazarda sıxışdırılacağını düşünürlər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bəziləri PlayStation 5-in 120-170 milyon ədəd aralığında istehsal olunacağını deyirlər. Bu mövzuda əməkdaşlıq etdiyi TSMC, ASE Technology və Siliconeware Precision şirkətləri Sony-ə 5 il vaxt veriblər. Onların fikrincə, bu illər ərzində satışlarda sürətli irəliləyiş əldə etmək mümkündür.

Qeyd edək ki, 2013-cü ilin əvvəllərində satışa çıxarılan PlayStation 4 indiyə qədər 110 milyon ədəd satılıb. Bir cihazın ömrü isə adətən 5-7 il olur.

Xatırladaq ki, PlayStation 5 8 nüvəli, 3.5 GHz sürəti olan əməliyyat sistemi ilə çalışır. 16 GB GDDR6 RAM xüsusiyyətinə sahib cihaz 825 GB daxili depolamaya yer verir.


Etiketlər:  PlayStation satışı ilə bağlı heyrətamiz təxminlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ