Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 09:16
Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,08 faiz artaraq 65,932 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin iyun ayında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin iyununa nisbətən 37,04 faiz artaraq 11,558 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən dünya bazarlarına mebel və oduncaq ixracı 2,491 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-iyun aylarında ölkənin ümumi ixracının 3,3 faizini təşkil edib.
Son 12 ayda (iyun 2019 - iyun 2020) Türkiyə 5,394 milyard dollar məbləğində mebel və oduncaq ixrac edib.