Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 12:24
Bakı. Trend:
İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan şəxslərdən birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.