Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 13:56
"Lill" türkiyəli futbolçu Burak Yılmazı heyətinə qatıb.
Qol.az xəbər verir ki, Fransa klubu barədə rəsmi Tvitter səhifəsində açıqlama verib. 35 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlandığı bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Burak Yılmazın son klubu "Beşiktaş" olub. O, bundan başqa "Fənərbaxça", "Qalatasaray" kimi komandalarda da oynayıb.