Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Crew Dragon'' Meksika körfəzində suya eniş edib

''Crew Dragon'' Meksika körfəzində suya eniş edib

Tarix: 3 Avqust 2020 00:48

Bakı. Trend:

ABŞ-ın "Crew Dragon" kosmik gəmisi Meksika körfəzində, Florida ştatının sahilləri yaxınlığında suya eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, kosmik gəminin eniş etməsi ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) saytında canlı yayımlanıb.

Məlumata əsasən, təxminən 5,5 kilometr yüksəklikdə kosmik gəminin əyləc paraşütləri, bir neçə dəqiqədən sonra isə təxminən 2 kilometr yüksəklikdə əsas dörd paraşütləri açılıb. Saat 22:48-də kosmik gəmi təxminən saniyədə 7,5 metr sürətlə Meksika körfəzində suya eniş edib.

Qeyd edək ki, "Crew Dragon" kosmik gəmisinin göyərtəsində NASA-nın iki astronavtı - Daqlas Harli və Robert Benken olub.


Etiketlər:  Crew Dragon Meksika körfəzində suya eniş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ