Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Ukraynanı da təhdid edir

Ermənistan Ukraynanı da təhdid edir

Tarix: 3 Avqust 2020 13:42

Ermənistan Ukraynanı da təhdid edir.

Sonxeber.net bildirir ki, bu haqda Ukrayna KİV-ləri xəbər verir.

Məqalələrdə qeyd olunur ki, Ukrayna aktiv şəkildə beynəlxalq məsələlərlə bağlı mövqeyini açıqlayır və bəzi hallarda bununla bağlı açıq təhdidlər alır. 

Bu yaxınlarda Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan açıq şəkildə giley edib ki, Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "kompleksi" var. Konfliktin eskalasiyasına reaksiya ilə bağlı Ukrayna səfirini Ermənistan XİN-ə çağırıblar. Ona bildirilib ki, Ukrayna məsələyə düzgün yanaşmır. Guya konfliktin məğzi və tarixinə yanaşmada Ukraynanın "kompleksi" var. Mnatsakanyan həm də onu xatırladı ki, hər-hansı "anlaşılmazlıqların olmaması üçün" Ermənistan XİN 2 ildir Ukrayna tərəfi ilə işləyir. O, ukraynalıları "dost xalq" adlandırıb və bildirib ki, onlarla problem yoxdur. "Messeclərimizi çatdırmaq üçün biz işləməyə davam edəcəyik. Reallıqlardan qopardılan mövqeləri düzgün hesab etmirik. Bu, nə regiona, nə bizə, nə onlara xeyir gətirməyəcək", - XİN rəhbəri deyib.

Ukrayna mətbuatı yazır ki, Ermənistan rəsmi Kiyevin mövqeyini qəbul etmir. Mövqe isə ondan ibarətdir ki, Ukrayna Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. Konflikt alovlandıqdan sonra Ukrayna tərəfi onun deskalasiyasını dəstəkləyib və qeyd edib ki, müharibə Azərbaycanın suverenliyi çərçivəsində bitməlidir. Bundan sonra Ermənistan Ukrayna səfirini XİN-inə çağırıb. Erməni fəalları isə Ukrayna səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Ukrayna KİV-i əlavə edir ki, Ukraynanın mövqeyi anlaşılan və məntiqlidir, çünki Azərbaycan rəsmi Kiyev üçün önəmli beynəlxalq partnyordur.

Aslan Məmmədov


Etiketlər:  Ermənistan Ukraynanı təhdid edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ