Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan fındıq ixracını artırıb

Azərbaycan fındıq ixracını artırıb

Tarix: 3 Avqust 2020 15:28

2020-ci ilin may ayında Azərbaycanın təmizlənmiş fındıq ixracı ötən ilin mayı ilə müqayisədə 200 min dollar artıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, pul ekvivalentində may ayında ixrac həcmi 8,5 milyon dollar təşkil edib:

"2002-ci ilin yanvar-may aylarında Azərbaycandan 51 milyon dollar məbləğində təmizlənmiş fındıq ixrac edilib. Hesabat dövrü ərzində ixrac 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb".

İ.Orucov qeyd edib ki, 2019-cu ildə Azərbaycan ərazisində fındıq məhsuldarlığı 20 min tona bərabər olub. Mövsümün əvvəlindən ixrac həcmi 16 min ton təşkil edib, qalan 4 min ton daxili bazarın payına düşüb:

"Daxili bazarda satış həcmləri kəskin azalıb, amma bu qiymətlərə təsir etməyib. Xüsusi karantin rejimi dövründə bütün sərhədlər bağlı olduğu vaxt Azərbaycan fındığı Rusiyaya və bir sıra Avropa ölkələrinə ixrac edilirdi".

Milli.Az


Etiketlər:  Azərbaycan fındıq ixracını artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ