Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sevil-Sevinc kimi oxşarlığımız yoxdur''

''Sevil-Sevinc kimi oxşarlığımız yoxdur''

Tarix: 3 Avqust 2020 16:15

Hər zaman toya birlikdə dəvət edilmirik. Ayrı-ayrı çox dəvətlər olub. Onsuz birimiz də getsək, deyirlər, bacılar oxuyur. Düzdür, bizim Sevil-Sevinc kimi oxşarlığımız yoxdur.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "7 canlı" proqramında deyib. Müğənni toyda başına gələn hadisədən danışıb:

"Bir ailə var idi, Gülyaz (bacısı, Xalq artisti Gülyaz Məmmədova - red.) onların məclisini oxumuşdu. Bir dəfə yenə toya çağırdılar, işi var idi məni göndərdi. Toyda oxumadığım qalmadı, axırda dedilər, biz Gülyazı çox istəyirik.

Səhv toya getdiyimiz hal da olub. Ünvanı düz verməmişdilər, səhv getdik. Əlimizdən gələni etdik, 45 dəqiqə dayanmadan oxuduq. Ramiz Əzizbəyli orada aparıcı idi. Bir də telefona zəng gəldi ki, hardasız? Bildik ki, səhv gəlmişik. İndi həmin adam bizim qudamızdır. Onların qızını aldıq".


Etiketlər:  Sevil Sevinc kimi oxşarlığımız yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ