Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 17:34
Düzünü deyim ki, milli komandanın toplanışını gözləməyə səbrim çatmır. Hazırlıqların və matçların tez başlamasını istəyirəm.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu Monteneqro millisinin futbolçusu Risto Radunoviç deyib.
Rumıniyanın "Astra" klubunda çıxış edən 28 yaşlı müdafiəçi sentyabrda start götürəcək Millətlər Liqası barədə iddialı danışıb. Radunoviç Azərbaycan, Kipr və Lüksemburqla rəqib olduqları C divizionunun 1-ci qrupunda qalib adı uğrunda mübarizə aparacaqlarını bildirib: "Gözləyirəm ki, daha yaxşı tarix yazmağa başlayacağıq. AVRO-2020-nin seçmə mərhələsi ilə müqayisədə daha yaxşı nəticələr qazanmalıyıq. Əsas hədəfimiz millinin imicini formalaşdırmaq, DÇ-2022-nin seçmə mərhələsi ərəfəsində yaxşı ab-hava yaratmaqdır. Bu o deməkdir ki, mən komandamızın Millətlər Liqasında daha yüksək nəticə uğrunda mübarizə aparacağını gözləyirəm".
Qeyd edək ki, Millətlər Liqasının qrup oyunları sentyabr-noyabr aylarında keçiriləcək.