Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çimərlikləri təmizləmək üçün xüsusi adamlar ayrılacaq''

''Çimərlikləri təmizləmək üçün xüsusi adamlar ayrılacaq''

Tarix: 3 Avqust 2020 18:00

Çimərliklərdə əsas məsələlərdən biri də dezinfeksiya işləri və məişət tullantılarının vaxtı-vaxtında atılması məsələsidir ki, buna görə də xüsusi insanlar ayrılacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bununla əlaqədar şəhər kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

"Artıq çimərliklərdə məişət tullantılarının atılması və dezinfeksiya işlərinin aparılması üçün xüsusi qruplar ayrılıb və onlar müvafiq təlimatlar alıblar. Bütün çimərliklərdə konteynerlər yerləşdirilib, ancaq tibbi maskaların atılması üçün başqa bir konteynerlər nəzərdə tutulub ki, ora yalnız istifadə olunmuş maska atılacaq. Bu işlər tərəfimizdən ciddi nəzarətdə saxlanılacaq".

Elgün Həbibullayev qeyd edib ki, müvafiq qurumlar bütün bu işləri yerinə yetirəcək, ancaq əsas məsələ vətəndaşların üzərinə düşən vəzifədir, onlar qoyulmuş qaydalara düzgün riyayət etməlidirlər".


Etiketlər:  Çimərlikləri təmizləmək üçün xüsusi adamlar ayrılacaq


RƏYLƏR