Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Siz onların həyatlarını təhlükə altına qoyursuz'' - VİDEO - FOTO

''Siz onların həyatlarını təhlükə altına qoyursuz'' - VİDEO - FOTO

Tarix: 3 Avqust 2020 21:02

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı alıcıların içəriyə maskasız daxil olmağına göz yuman market əməkdaşları məsuliyyətə cəlb ediliblər. Həmçinin, kassirləri maska və əlcəksiz işləyən obyekt sahibləri barəsində də protokollar tərtib olunub.

Tədbir zamanı həmçinin avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.

Sumqayıt şəhəri ərazisində karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq edilmiş sanitar-karantin qaydalarına əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcəkdir.

Milli.Az


Etiketlər:  onların həyatlarını təhlükə altına qoyursuz VİDEO FOTO


RƏYLƏR