Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir

Prezident İlham Əliyev: Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir

Tarix: 23 Aprel 2019 19:33

Bakı. Trend:

Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.

Prezident İlham Əliyev bildirib:

"Hər bir yerdə, hər bir rayonda gedən işlər məni sevindirir. Çox şadam ki, Xəzər rayonunda bütün işlər yaxşı gedir, abadlıq-quruculuq, təsərrüfat işləri aparılır. Əvvəlki illərdə də yaxşı nəticələr olub və biz birlikdə ölkəmizi inkişaf etdiririk. Hər bir yerdə hər bir vətəndaş ümumi inkişafımıza öz töhfəsini verir. O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq. Son dövrdə imzaladığım fərmanlar doğrudan da həm təsirlidir, həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi göstərir. Deyə bilərəm ki, bu fərmanlara başqa ölkələrdə rast gəlinmir. Məsələn, tutaq ki, problemli kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir. İqtisadi, maliyyə imkanı artdıqca biz, ilk növbədə, səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə. İndi bu Fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və artıq kompensasiyaların verilməsi prosesi başlanmışdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyev Manatın sabitliyi ilə bağlı heç problem gözlənilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ