Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada koronavirusa qarşı vaksin avqustun ortasında satışa çıxarıla bilər

Rusiyada koronavirusa qarşı vaksin avqustun ortasında satışa çıxarıla bilər

Tarix: 4 Avqust 2020 07:52

Rusiyanın N.F.Hamalei adına Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı vaksin Tibbi Tətbiq olunan Vasitələrin Ekspertizası Elmi Mərkəzinə ekspertizaya təqdim edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, vaksinin 10-12 avqustda qeydiyyata alınacağı gözlənilir.

Bundan əlavə, vaksin 5-7 gün ərzində Səhiyyə sahəsinə Nəzarət üzrə Federal Xidmətdə yoxlanılacaq.

Qeyd edək ki, bundan əvvəl vaksini ilk olaraq risk qrupunda olan insanların - müəllimlər, həkimlər, həmçinin 1500-dən çox könüllülərin alacağı bildirilmişdi.

Onun effektivliyi və təhlükəsizliyindən tamamilə əmin olmaq üçün beş-altı ay vaxt tələb olunur. 2021-ci ilin yanvar-fevral aylarında vaksinin kütləvi dövriyyəyə buraxılması nəzərdə tutulur.


Etiketlər:  Rusiyada koronavirusa qarşı vaksin avqustun ortasında satışa çıxarıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ