Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin antidron sahəsindəki inkişafı nəzərə alınmalıdır — Hərbi ekspert

Ermənilərin antidron sahəsindəki inkişafı nəzərə alınmalıdır — Hərbi ekspert

Tarix: 4 Avqust 2020 08:44

"Bu gün dronların təhdidi artdıqca, hərbi əməlliyatlarda tətbiqi imkanları genişləndikcə, antidron sistemləri vasitəsilə ordu çəkisinin artırılmasına ehtiyac var"

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu hərbi ekspert Rəşad Süleymanov deyib.

R.Süleymanov Ermənistanın bu sahədə potensialından söz açıb: "Düşmən tərəfi özünəməxsus pilotsuz texnologiyaların tətbiqi məsələlərinə diqqət ayırır. Və bu sahədə qiyməti ucuz, primitiv də olsa müəyən məhsulları yerli olaraq hazırlayır, bununla da bizə daha çox zərər vurmağa çalışır".

Ekspert situasiyanın həll variantını təklif edib: "Məhz bu problemlərin aradan qaldırılması üçün düşünürəm ki, mübarizə məqsədi ilə yaradılan yeni müasir radioelektron mübarizə vasitələrinin, antidron sistemlərinin yerli olaraq hazırlanmasına, eləcə də aparıcı şirkətlərdən əldə ediliməsinə ehtiyac var. Biz bunu artıq aydın şəkildə görə bilərik, düşmən də öz dronlarını inkişaf etdirir, dünyadakı bəlli tendensiyalardan geri qalmaq istəmir, xüsusilə də süni intellektin bu sahədə tətbiqi istiqamətində işlər aparır. Nə qədər ki bu tip sistemlər bizim üçün problemlər yaratmayıb, biz bunun qarşısını vaxtında almalıyıq. Bunun üçün də elektron hərbi sistemlərindən, yeni radioelektron mübarizə vasitələrindən istifadə etməyimiz və antidron sistemlərini heç olmasa öz hesabımıza yaratmağımız vacibdir".


Etiketlər:  Ermənilərin antidron sahəsindəki inkişafı nəzərə alınmalıdır Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ