Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 09:16
Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49,13 faiz artaraq 48,854 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin iyun ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin may ayına nisbətən 3,8 faiz artaraq 7,53 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 10,793 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-may aylarında ölkənin ümumi ixracının 14,4 faizini təşkil edib.
Son 12 ayda (iyun 2019 - iyun 2020) Türkiyə 26,067 milyard dollar məbləğində avtomobil ixrac edib.