Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 19:44
Bakı. Trend:
Bakıda şəhər trası olduğu üçün yarış kifayət qədər maraqlı keçir.
Trend-in məlumatına görə, bunu “Red Bull” komandasının pilotu Maks Ferstappen deyib.
Onun sözlərinə görə, adətən şəhər traslarında yüsək sıxılma gücü ilə çıxış etmək lazım olur:
“Bakıda isə döngələr arasında uzun düzlüklərlə əlaqədar kompromis axtarmaq lazım olur. Yəni bolidin sıxılma qüvvəsi azalır və maşın bir qədər sürüşür”.
O əlavə edib ki, bu trasda, xüsusilə də qala divarı yaxınlığında bolidi idarə etmək zövqlüdür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin