Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 20:40
Gürcüstan çempionatının 8-ci turunda Batumi “Dinamo”su ilə oyunun 10-cu dəqiqəsində zədələnən "Samtrediya"nın azərbaycanlı yarımmüdafiəçisi Nicat Qurbanovun durumuna aydınlıq gəlib.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ağır zədəyə görə meydanı erkən tərk etməli olan futbolçu bu gün müayinədən keçib.
Qurbanovun əzələ problemi olduğu və azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.
Qeyd edək ki, 8 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Əsas heyət üzvlərindən olan Nicat bu mövsüm 3 qol vurub.