Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbəti 6 ay ərzində büdcədə neftin qiymətinin 35 dollar həcmində olması proqnozlaşdırılır - Nazir

Növbəti 6 ay ərzində büdcədə neftin qiymətinin 35 dollar həcmində olması proqnozlaşdırılır - Nazir

Tarix: 5 Avqust 2020 11:48

Bakı. Elçin Mehdiyev - Trend:

Neftin qiyməti büdcədə 55 dollar məbləğində götürülüb, lakin növbəti 6 ay ərzində 35 dollar həcmində olması proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

S.Şərifov vurğulayıb ki, Azərbaycanda ÜDM-də artıq geriləmə prosesi başlayıb və bu geriləmə aprel ayında başlayıb. Nazirin sözlərinə görə, gözlənilən ondan ibarətdir ki, bu proseslər bir qədər artacaq lakin proqnoza əsasən ÜDM-nin azalması 5 faizdən artıq olmayacaq:

“Burada nəzərə alınır ki, iqtisadiyyatın əksər sektorunda geriləmələr müşahidə olunmaqdadır. Eyni zamanda neftin qiymətinin yeni proqnozu da gəlirlərin azalmasına təsir göstərir. Belə ki, neftin qiyməti büdcədə 55 dollar məbləğində götürülüb, lakin növbəti 6 ay ərzində 35 dollar həcmində olması proqnozlaşdırılır”.


Etiketlər:  Növbəti ərzində büdcədə neftin qiymətinin dollar həcmində olması proqnozlaşdırılır Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ