Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 17:32
Bakı. Trend:
“Porsche” şirkətinin Rusiyadakı nümayəndəliyi ölkədə 445 avtomobili geri çağırır.
Trend-in məlumatına görə, qərar avtomobillərdə yanacaq ötürücüsünün birləşməsində komponentlərin kifayət qədər dayanıqlılığının olmaması ilə əlaqədardır.
Qeyd olunur ki, bu qüsurla bağlı yanacaq sızması və yanğın baş verə bilər. Yüksək temperaturda yanacaq qoxusu salona yayıla bilər.
Geri çağırılma 21 fevral 2018-ci ildən 3 dekabr 2019-cu ilədək istehsal olunmuş “Cayenne Turbo (9YA)” və “Cayenne Turbo S E-Hybrid (9YA)” modelləşrinə şamil edilir.
Həmin avtomobillərdə mühərrik bölməsində yanacaq ötürücüsünün ödənişsiz dəyişdirilməsi həyata keçiriləcək.