Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 07:56
İtaliyanın "İnter" futbol klubu Avropa Liqasının 1/8 final mərhələsində İspaniyanın "Hetafe" komandasını 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qolları Romelu Lukaku (33-cü dəqiqə) və Kristian Eriksen (83) vurublar.
Növbəti turda "İnter" "Reynjers" (Şotlandiya) - "Bayer" (Almaniya) oyununun qalibi ilə görüşəcək. İlk görüş "Bayer"in 3:1 hesabla qələbəsi ilə başa çatıb.
İngiltərənin "Mançester Yunayted" klubu 1/8 final mərhələsində Cessi Linqard və Antoni Marsialin qolları sayəsində Avstriyanın "LASK"ını 2:1 hesabı ilə məğlub edib. Növbəti turda ingilislər Danimarkanın "Kopenhagen"i ilə oynayacaq.
Xatırladaq ki, 1/4 final oyunları 10-11 avqustda, yarımfinal 16 Avqustda, final oyunu isə 21 avqustda Kölndə keçiriləcək.