Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arzu Nağıyev: ''Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır''

Arzu Nağıyev: ''Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır''

Tarix: 6 Avqust 2020 12:50

Bəzi rayonlara ayrılmış məbləğlər müəyyən qədər tənzimlənsə, yaxşı olar.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonunun bəzi kəndlərində bu gün qaz və yol çəkilməsi işləri yarımçıq qalıb. Bunlar yerli vəsait hesabına həyata keçirilir. Bundan başqa son vaxtlar baş verən təbii fəlakətlər nəticəsində kənd yolları yuyulub. Buna da müəyyən qədər vəsait ayrılmasına ehtiyac var. Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır".


Etiketlər:  Arzu Nağıyev Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ