Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 13:22
Bakı. Elçin Mehdiyev - Trend:
“Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaqpulunun məbləği olduqca aşağı idi”.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir:
"Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.