Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: “Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar”

Deputat: “Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar”

Tarix: 6 Avqust 2020 15:52

Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səttar Möhbalıyev deyib.

O bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriyalarında, istirahət mərkəzlərində uzun illərdir, qaçqın və məcburi köçkünlər yaşayır: "Onlar gedəndə də oranı yerli-dibli söküb aparırlar. Pəncərələri, döşəmələri sökürlər. Dövlət tərəfindən AHİK-ə bir manat vəsait ayrılmır.

Mən Maliyyə Nazirliyinə təklif göndərdim ki, uzun illərdir, bu şəxslər AHİK-in sanatoriyalarında yaşayıblar, bizə niyə vəsait ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısan. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır".

S. Möhbalıyev, həmçinin Naxçıvana dövlət büdcəsindən ayrılan vəsaitin az olduğunu da xatırladıb: "1,3 milyon manat vəsait ayrılıb, ayrılmasa, ondan yaxşı idi".


Etiketlər:  Deputat Məcburi köçkünlər sanatoriyaları yerli dibli söküb aparırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ