Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO)

Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO)

Tarix: 6 Avqust 2020 17:40

Bakı. Ceyhun Ələkbərov - Trend:

Cəlilabada yeni aşkar olunmuş tarixi abidəyə müdaxilənin qarşısı alınıb.

Bunu Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib. Onun sözlərinə görə, Cəlilabad rayonu Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən “Qazan köşkü” arxeoloji abidəsinə müdaxilə olunub:

"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb".

Qeyd edək ki, hündür təpə üzərində yerləşən “Qazan köşkü” abidəsi ətraf əraziləri müşahidə altında saxlamağa imkan verən istehkam (qala) funksiyasını daşıyıb. Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid “Qazan köşkü” müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.

Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO) - Gallery Image Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO) - Gallery Image Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO) - Gallery Image Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO) - Gallery Image


Etiketlər:  Tarixi abidəyə müdaxilənin qarşısı alınıb FOTO


RƏYLƏR