Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk istefaya gedir

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk istefaya gedir

Tarix: 7 Avqust 2020 02:08

Bakı. Trend:

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk istefaya gedəcək.

Trend-in "TASS"a istiandən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, B.Hukun vəzifələrini hazırda ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi olan Elliot Abrams icra edəcək:

"Brayan Huk ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi və dövlət katibinin baş məsləhətçisi vəzifəsindən istefa vermək qərarına gəlib. Xüsusi nümayəndə B.Huk iki il İran üzrə əlaqələndiricim olub".

M.Pompeo qeyd edib ki, B.Huk öz vəzifəsində tarixi nailiyyətlər əldə edib.


Etiketlər:  ABŞ İran üzrə xüsusi nümayəndəsi Brayan istefaya gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ