Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir

İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir

Tarix: 7 Avqust 2020 21:06

Bakı. Trend:

Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Bu sahələr aşağıdakılardır:

- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

- Mühəndislik və layihələndirmə xidmətləri;

- Qablaşdırma məhsullarının istehsalı;

- Daş, metal və taxta məhsullarının istehsalı;

- Mebel istehsalı və təmiri;

- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

- Onlayn satışlar;

- Kimyəvi təmizləmə;

- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

- Avtomobillərin təmiri;

- Avtomobil yuyulma məntəqələri;

- Heyvan sığınacaqları;

- Tərcümə xidmətləri.


Etiketlər:  İşçi sayına tətbiq edilən faizlik məhdudiyyət ləğv edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ