Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 21:18
Bakı. Trend:
Avqustun 10-u saat 00:00-dan etibarən Azərbaycanda açıq havada idman yarışlarının və oyunlarınına keçirilməsinə icazə verilib.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd edilib ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:
Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi; Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti; maşın və avadanlıqların istehsalı; elektrik avadanlıqlarının istehsalı; kompüter, elektron və optik məhsulların istehsalı; avtomobil, qoşqu və yarımqoşquların istehsalı; sair nəqliyyat vasitələrinin istehsalı; poliqrafiya məhsullarının istehsalı; zərgərlik məmulatlarının istehsalı; musiqi alətləri, idman mallarının istehsalı; geyim istehsalı; toxuculuq sənayesi; ayaqqabıların istehsalı; dəri və dəri məmulatlarının istehsalı; tütün məmulatlarının istehsalı; sair sənaye məhsullarının istehsalı.