Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 08:28
Bakı. Trend:
Cənubi Koreyada güclü yağışın səbəb olduğu sürüşmə nəticəsində 4 nəfər ölüb, daha 1 nəfərin itkin olduğu bildirilir.
Trend-in məlumatına görə, bu barədə Yonhap agentliyi xəbər verib.
Məlumata əsasən, hadisə Seuldan 400 km cənubda yerləşən Kokson qəzasında baş verib. Torpaq sürüşməsi nəticəsində yer altında beş ev qalıb.
Ərazinin 30-a yaxın sakini yaxınlıqdakı məktəbə təxliyə edilib.