Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 09:00
Feysbuk əməkdaşları 2021-ci ilə qədər məsafədən işləyə biləcəklər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət COVİD-19 pandemiyası fonunda işçilərinə evdən çalışmağa imkan verən ABŞ-ın sonuncu texnologiya nəhəngi olub.
"Səhiyyə ekspertlərinin tövsiyələri, eləcə də bu məsələlər üzrə daxili müzakirələrimiz zamanı qəbul edilən qərarlar nəzərə alınmaqla, işçilərin 2021-ci ilin iyul ayına qədər könüllü şəkildə evdən işləməyə davam etməsinə imkan verilir", - deyə şirkət nümayəndəsinin bəyanatında deyilir.
Bundan əlavə, Feysbuk hər əməkdaşına evdə ofis şəraitini yaratmaq üçün min ABŞ dolları ayıracaq.